AZ

İsrail Livanda tibb mərkəzini vurdu - 12 həkim öldü

Livanın cənubundakı iki səhiyyə mərkəzinə İsrail ordusunun hücumları nəticəsində ən azı 14 səhiyyə işçisi həyatını itirib. 

Adalet.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb. 

Qeyd olunur ki, İsrail ordusunun Burj əl Alavei şəhərində səhiyyə mərkəzlərinə hücum nəticəsində on iki həkim və iki tibb bacısı həlak olub, bir səhiyyə işçisi yaralanıb. Bununla yanaşı, hücumda çox sayda insan itkisi qeydə alınıb.

İsrailin ilkin səhiyyə mərkəzini hədəf alan hava hücumunda həyatını itirən səhiyyə işçiləri üçün bölgədə matəm elan olunub. 

Seçilən
1
7
adalet.az

10Mənbələr