AZ

“ABŞ tezliklə Hörmüzdən keçən gəmiləri müşayiət etməyə başlayacaq” -Tramp

“ABŞ Hərbi Dəniz Qüvvələri tezliklə Hörmüz boğazından keçən gəmiləri müşayiət etməyə başlayacaq”.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp həftəsonu tətili üçün Floridaya gedərkən Vaşinqton hava limanında jurnalistlərə açıqlamasında deyib.

Tramp bildirib ki, neft tankerlərinin təhlükəsiz keçidi üçün hazırlıqlar davam edir.

O, İsrailin İrana hücumlara son qoymaqla bağlı ABŞ-nin mövqeyini paylaşması ilə bağlı suala da cavab verib:

“Düşünürəm ki, bu məsələdə mövqe bir az fərqli ola bilər. Nəticədə, biz fərqli ölkələrik”.

“Hücumların nə vaxt bitəcəyi” sualına cavab olaraq ABŞ Prezidenti dəqiq zaman xəttini açıqlamayıb, lakin əməliyyatın lazım olduğu qədər davam edə biləcəyini bildirib: “Biz qrafikdən xeyli irəlidəyik”.

Tramp əlavə edib ki, İranın hərbi imkanları artıq böyük ölçüdə məhv edilib:

“İran hazırda pis vəziyyətdədir”.

Seçilən
65
1
redaktor.az

2Mənbələr