AZ

"İranın ən böyük gücü..." - Pezeşkiandan AÇIQLAMA

İran prezidenti Məsud Pezeşkian ölkəsinin üzləşdiyi çətinliklər fonunda İran xalqının mövqeyi ilə bağlı diqqət çəkən açıqlama verib. SİA xəbər verir ki, Pezeşkianın sözlərinə görə, ölkə üzərində təzyiq və təhlükələr artsa da, İran xalqı geri çəkilməyən iradə nümayiş etdirir.

O bildirib ki, xalqın iradəsi İranın ən böyük gücüdür: “Bu xalqı heç kim təslim edə bilməz. Bombalar altında belə ayaqdadır. Hökumətdən narazılığı olsa da, mövzu İrandırsa ayaqdadır. İranın ən böyük sərvəti onun xalqının iradəsidir”.

Mətləb

Seçilən
86
1
sia.az

2Mənbələr