AZ

Orban: İran ətrafındakı hadisələr Aİ nin Rusiya neftindən imtinasının səhv olduğunu göstərdi

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Yaxın Şərqdə baş verən eskalasiya və bunun nəticəsində neft və qaz tədarükündə yaranan problemlər Avropa İttifaqının Rusiya enerji resurslarından imtina qərarının səhv olduğunu göstərib.

APA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə keçirilən Karpat hövzəsi ölkələrinin nümayəndələrinin illik forumunda bildirib.

Onun sözlərinə görə, enerji tədarük mənbələrinin bağlanması əks nəticə verir.

“Mənbələrdən birinin kəsilməsi mövcud seçimlərin sayını azaldır”, – deyə Orban qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
1
apa.az

2Mənbələr