Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Cenevrə, 14 mart, AZƏRTAC
Siqh Media Şəbəkəsi Platformasının sədri, Böyük Britaniya Sıqh Federasiyasının müşaviri Hatkar Casvinder Siqh Hindistandakı siqh icmasının problemlərinin həlli yolları ilə bağlı mövqeyini bölüşüb.
“Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: siqh müqaviməti və BMT” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində AZƏRTAC-ın sualını cavablandıran fəal Hindistan hökuməti tərəfindən etnik və dini azlıqların təqib edilməsi probleminin BMT səviyyəsinə çıxarılmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Onun fikrincə, bu, mühüm addımdır və bunun ardınca Dehlinin irqi ayrı-seçkilik siyasətinin beynəlxalq səviyyədə pislənməsi, Hindistanda bütün qrupların və icmaların hüquqlarının beynəlxalq ictimaiyyət tərəfindən təmin olunması, həmçinin soyqırımı cinayətində şübhəli bilinən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi kimi addımlar atılmalıdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.