AZ

Azərbaycan qadın güləşçilər arasında U-23 Avropa çempionatında altıncı yeri tutub

Serbiyanın Zrenyanində keçirilən qadın güləşi üzrə gənclər (23 yaşadək) arasında Avropa çempionatı başa çatıb.

İdman.Biz-in məlumatına görə, Azərbaycan komandası komanda hesabında 81 xalla altıncı yeri tutub. Komanda bir qızıl və iki gümüş medal qazanıb.

Komanda hesabında Belarus (171 xal) birinci, Rusiya (144) ikinci, Ukrayna isə üçüncü (143) olub.

Xatırladaq ki, Günay Qurbanova (59 kq) Avropa çempionu, Gültəkin Şirinova (55 kq) və Ruzanna Məmədova (62 kq) isə gümüş medal qazanıblar.

İdman.Biz
Seçilən
81
idman.biz

1Mənbələr