AZ

Monteneqro XİN Türkiyəyə raket hücumunu pisləyib

Monteneqro İranın Türkiyəyə və digər qonşu ölkələrə qarşı həyata keçirdiyi hücumları qətiyyətlə pislədiyini bir daha bəyan edib.

"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən hücumlar regional sülh və sabitliyi daha da sarsıdır:

"Monteneqro ABŞ və Fransaya hərbçilərinin faciəvi şəkildə həlak olması ilə bağlı ən dərin başsağlığını bildirir.

Biz təhlükəsizliyin, sabitliyin və sülhün müdafiəsində Türkiyə və digər müttəfiqlərlə tam həmrəy olduğumuzu ifadə edirik".

Xatırladaq ki, NATO hava hücumundan müdafiə qüvvələri ABŞ və İsrailin fevralın 28-də başlatdığı əməliyyatlardan sonra martın 4-ü, 9-u və 13-də İrandan atılmaqla Türkiyə hava məkanına daxil olan 3 ballistik raketi məhv edib.

Onu da bildirək ki, martın 13-ü səhər saatlarında İranın İraq Kürdüstanının Ərbil şəhərindəki hərbi bazaya pilotsuz uçuş aparatları ilə hücumu zamanı Fransa ordusunun bir hərbçisi ölüb.

Seçilən
65
far.az

1Mənbələr