AZ

ABŞ Yaxın Şərqə süni intellektli 10 min PUA göndərib

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ İrana qarşı hərbi əməliyyat başlayandan bəri Yaxın Şərqə süni intellekt texnologiyaları ilə təchiz olunmuş təxminən 10 min pilotsuz uçuş aparatı göndərib.

APA xəbər verir ki, bu barədə "ABC News" telekanalı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət düşmən dronlarını aşkar etmək və onlara qarşı mübarizə aparmaq üçün hazırlanmış “Merops” sistemlərindən gedir.

Qeyd olunur ki, bu sistemlər "Perennial Autonomy" şirkəti tərəfindən hazırlanıb və Ukraynada da istifadə olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
2
apa.az

3Mənbələr