Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.


Rekord.az xəbər verir ki, yarışın 5-ci günündə iki qadın güləşçimiz həlledici görüşə çıxıb.


Nərgiz Səmədova (53 kq) bürünc medal görüşündə türkiyəli Şevval Çayıra uduzaraq (0:12) beşinci yerlə kifayətlənib.


Ruzanna Məmmədovanın (62 kq) final görüşü gərgin mübarizə şəraitində keçib. Rusiyalı Amina Tandelovaya 3:5 hesabıyla məğlub olan güləşçimiz gümüş medalı boynundan asıb.


Beləliklə, millimiz qitə birinciliyini 3 medalla başa vurub. Xatırladaq ki, ötən gün Günay Qurbanova (59 kq) qızıl, Gültəkin Şirinova (55 kq) isə gümüş medal qazanıb.