AZ

Hörmüz boğazında vurulan gəmilər — İranın zərbə endirdiyi 18 gəminin xəritəsi yayıldı

Fars körfəzi və Hörmüz boğazında zərbə endirilən kommersiya gəmiləri ilə bağlı infoqrafika yayılıb.

Musavat.com xəbər verir ki, İranın kamikadze dronları və pilotsuz katerləri tərəfindən vurulduğu bildirilən 18 kommersiya gəmisinin yerləşmə sxemini əks etdirən infoqrafika nümayiş etdirilib.

Hadisələr İrana qarşı hərbi əməliyyatların başlanmasından sonra qeydə alınıb. Bildirilir ki, zərbələr əsasən Fars körfəzi və Hörmüz boğazı ətrafında üzən kommersiya gəmilərinə yönəlib.

Yayılan sxemdə hücuma məruz qaldığı iddia edilən gəmilərin yerləşdiyi nöqtələr və marşrutları göstərilir. Zərbələr kamikadze pilotsuz uçuş aparatları və pilotsuz sürətli katerlər vasitəsilə həyata keçirilib.

Hörmüz boğazı dünya neft ticarətinin əsas marşrutlarından biri hesab olunur və bölgədə baş verən bu cür insidentlər qlobal enerji daşımalarına təsir göstərə biləcək risklər yaradır.

 

Musavat.com

photo_2026-03-13_22-14-04.jpg

Seçilən
67
musavat.com

1Mənbələr