AZ

ABŞ İsrail ordusu Tehranı bombalayıb

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrailin ordusu İranın paytaxtı Tehrana növbəti aviazərbələr seriyası endirməyə başlayıb.

Bununla bağlı İsrail ordusunun "Telegram" kanalında dərc edilən məlumatda iddia olunub ki, hücumun obyektləri şəhərdə yerləşən hökumət binaları olub.

Ancaq iran mənbələri ABŞ-İsrail ordusunun mülki obyektləri bombaladığını bildirib. 

İranın "Tasnim" agentliyi Tehranın bir sıra rayonlarında silsilə partlayışların olduğunu təsdiqləyib. Şəhərdə hava hücumundan müdafiə sistemlərinin atış səsləri eşidilir. Nəşrin məlumatına görə, partlayışlar Tehranın mərkəzi və şimal hissələrində qeydə alınıb, bununla belə hazırda dəymiş ziyanın miqyası barədə məlumat yoxdur.

"AzPolitika"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
azpolitika.info

1Mənbələr