AZ

“Çelsi” kapitanı ilə müqavilənin müddətini 2032-ci ilədək uzadıb

İngiltərənin “Çelsi” klubu futbolçusu Ris Ceymslə müqavilənin müddətini uzadıb.

AZƏRTAC London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşməyə əsasən, 27 yaşlı müdafiəçi 2032-ci ilin yayınadək “zadəganlar”ın formasını geyinəcək.

Qeyd edək ki, “Çelsi”nin yetirməsi olan Ris Ceyms paytaxt klubunun heyətində 200-dən çox oyun keçirib. Futbolçu İngiltərə millisinin də üzvüdür.

Seçilən
19
7
yeniazerbaycan.com

8Mənbələr