Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bir vaxtlar milyonlarla turistin üz tutduğu, dəbdəbə və parıltının simvolu sayılan Dubay bu günlərdə tam fərqli mənzərə ilə gündəmdədir.
Redaktor.az xəbər verir ki, “Metro” qəzetinin yazdığına görə, dünyanın ən məşhur turizm mərkəzlərindən biri olan şəhər hazırda demək olar ki, boş qalıb və “kabus şəhərini” xatırladır.
Adətən izdihamlı olan çimərliklərdə indi sükut hökm sürür. Günəş şezlonqları boş qalıb, çimərlik barlarında isə demək olar ki, heç kim yoxdur. Bir vaxtlar turistlərin növbəyə dayandığı lüks butiklər, o cümlədən “Gucci” kimi məşhur markaların mağazaları da fəaliyyətini müvəqqəti dayandırıb.
Nəşr qeyd edib ki, bu vəziyyətin əsas səbəbi Yaxın Şərqdə gərginliyin artmasıdır. Belə ki, ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra bölgədə təhlükəsizlik narahatlıqları artıb və turizmə ciddi təsir göstərib.
Şəhərin məşhur turistik məkanlarının bəziləri də müvəqqəti olaraq bağlanıb. Bunların arasında “Dubai Parks and Resorts”, “Global Village” və dünyanın ən böyük müşahidə çarxlarından biri sayılan “Ain Dubai” də var.
Turist axınının azalması hotellərə də təsirsiz ötüşməyib. Məlumata görə, Dubaydakı bir çox otel indi qonaqları cəlb etmək üçün otaqları əvvəlkindən xeyli ucuz qiymətə təklif edir.
Aminə ŞAHSUVARQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.