AZ

ABŞ-dan Hörmüz boğazı etirafı - bunu heç gözləmirdilər…



28 fevralda İsraillə birgə İrana hücumlara başlayan ABŞ heç gözləmədiyi bir vəziyyətlə üzləşib. Amerika mediası adı açıqlanmayan rəsmilərə istinadən, ABŞ milli təhlükəsizlik rəsmilərinin "ən pis ssenari" kimi təsvir etdikləri İranın Hörmüz boğazını bağlama ehtimalını əməliyyatın planlaşdırılması prosesində kifayət qədər dəyərləndirmədiyini iddia edib.

CNN xəbər verir ki, yüksək vəzifəli təhlükəsizlik rəsmiləri ABŞ Konqresinə brifinqlərdə Hörmüz boğazının bağlanması ehtimalını əvvəlcədən planlaşdırmadıqlarını etiraf ediblər.

ABŞ administrasiyasının İranın boğazı bağlamasının onlardan daha çox İranın özünə zərər verəcəyinə inandığı qeyd edilən xəbərdə bildirilir ki, 2025-in iyununda ABŞ-ın nüvə obyektlərinə hücumundan sonra İranın boğazı bağlamaq təhdidini yerinə yetirməməsi də rəsmilərdə əminlik yaradıb.

Həm Respublikaçı, həm də Demokrat administrasiyalarında xidmət etmiş keçmiş ABŞ rəsmisi vəziyyəti tənqid edərək bildirib ki, bu ssenarinin qarşısını almağı planlaşdırmaq onilliklərdir ABŞ milli təhlükəsizlik siyasətinin əsas prinsipi olub və hazırki vəziyyətdə çaşqın olduğunu deyib.

İran hücumlardan sonra ABŞ və İsraillə əlaqəli ölkələrə məxsus gəmilər üçün Hörmüz boğazını bağlayıb.

Tahir TAĞIYEV

Seçilən
30
baki-xeber.com

1Mənbələr