İran Prezidenti Məsud Pezeşkian fevralın 28-dən bəri davam edən genişmiqyaslı hərbi əməliyyatlar fonunda hökumətin mütləq prioritetlərini elan edib.
Publika.az xəbər verir ki, o, “X” hesabında paylaşdığı mesajında dövlətin hazırkı missiyasını belə xarakterizə edib:
“Bu gün hökumətin ən mühüm vəzifəsi hərtərəfli müdafiəyə zəruri hazırlıqla yanaşı, xalqın işlərinin təşkilidir. Biz bütün lazımi qüvvələrin dəstəyi ilə bu çətin günləri aşmalı və ölkəmizin suverenliyini qorumalıyıq”.