AZ

“Biz İrana bir saat içində zərbə endirə bilərdik, amma…” – Trampdan SENSASİON AÇIQLAMA – VİDEO

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranla bağlı hərəkətlərində diqqətli və ehtiyatlı olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Tramp deyib: “Biz nəzakətlə davranırıq. Mən bir saat ərzində obyektləri məhv edə bilərəm. Bir saatdan sonra siz elektrik enerjisi istehsal edən stansiyaların dağıdılması barədə oxuyacaqsınız. Biz elə şeylər edə bilərdik ki, İran heç vaxt bir millət olaraq bərpa oluna bilməzdi. Amma biz bunu etmirik. Bu məsələ ilə bağlı nəzakətli davranmağa çalışırıq.”

Jurnalist Trampdan soruşub: “Siz xüsusi nümayəndə Stiv Uitkofun danışdığı uranın əldə edilməsini vacib hesab edirsinizmi? Onun ələ keçirilməsinə yönəlmiş hər hansı əməliyyat varmı?”

Tramp cavab verib: “Xeyr, heç də yox. Biz bu məsələni prioritet kimi görmürük, amma gələcəkdə bəlkə buna əl ata bilərik”.

Aliyə
NOCOMMENT.az

Seçilən
40
nocomment.az

1Mənbələr