AZ

Doqquzuncu mərtəbədən yıxılan qız sağ qalıbVİDEO

Gəncədə 9 mərtəbəli binanın 9-cu mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılan 13 yaşlı qız möcüzəvi şəkildə sağ qalıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən axşam saat 10-da şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən 20 saylı binada baş verib.

Yeniyetmə qız yerə düşəndən sonra ilk yardıma qonşular çatıb. Uşağın sağ qalması hamını sevindirib.

13 yaşlı qızın yerləşdirildiyi özəl xəstəxanadan bildirilib ki, azyaşlı əməliyyat edilib, daxili qanaxma dayandırılıb, ümumi vəziyyəti stabildir. Hazırda xəstənin huşu özündədir, çoxsaylı sınıqlar isə sonrakı mərhələdə müalicə olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
68
xezerxeber.az

1Mənbələr