AZ

"Araz-Naxçıvan" "Karvan-Yevlax"a qalib gəldi -

Premyer Liqada XXIV tura start verilib. Metbuat.az-ın məlumatına görə, günün ilk matçında "Araz-Naxçıvan" "Karvan-Yevlax"la üz-üzə gəlib.Bakıdakı "Liv Bona Dea Arena"da reallaşan qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.37-ci dəqiqədə Hamidu Keyta, 40-ci dəqiqədə Ba-Muaka Simakala adını tabloya yazdırıb. Qonaqların heyətində isə Kayl Spens 51-ci dəqiqədə fərqlənib.Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran "Araz-Naxçıvan" 5-ci pillədə qərarlaşıb. "Karvan-Yevlax" 8 xalla sonuncu - 12-ci sıradadır.Günün ikinci matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edəcək.

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq.

Seçilən
25
4
metbuat.az

10Mənbələr