AZ

Bakıda tıxacları azaldacaq mühüm addım Bu tarixdən başlayır

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Universitetlərin kampus tipli şəhərciklər şəklində şəhərdən kənara köçürülməsi təklifləri müzakirə olunur, lakin bu addım real həyata keçirilməyib. Bunun əsas səbəbləri infrastruktura yüksək maliyyə xərcləri, tələbə və müəllimlərin şəhər mərkəzindəki sosial və nəqliyyat imkanlarına çıxışının məhdudlaşması, həmçinin tədrisin təşkilati çətinlikləridir. Eyni zamanda, universitetlərin şəhər mərkəzində yerləşməsi sənaye, biznes və mədəni mərkəzlərlə sıx əməkdaşlığı asanlaşdırır və elmi-tədqiqat işlərini dəstəkləyir. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu, sadə məsələ deyil və böyük vəsait tələb edən bir prosesdir. "Yəni birdən-birə və qısa müddətdə nəticə gözləmək düzgün olmaz. Bu məsələ vaxt aparan, planlı şəkildə həyata keçirilməli olan bir sahədir. Hazırda dövlətin planları çərçivəsində bu istiqamətdə müəyyən addımlar atılır. Məsələn, ADA Universiteti və Qarabağ Universiteti kimi nümunələr artıq mövcuddur".Deputat qeyd edib ki, dövlət hazırda bu istiqamətdə müəyyən addımlar atır. O, buna nümunə olaraq ADA və Qarabağ universitetlərinin fəaliyyətini göstərib. Ceyhun Məmmədovun fikrincə, təhsil ocaqlarını köçürməzdən əvvəl regionlardakı mövcud universitetlərə qəbulun artırılması istiqamətində işlər görülməlidir. Bu prosesin uğuru yalnız düşünülmüş və mərhələli şəkildə həyata keçirilən silsilə addımlardan asılıdır.Deputat bildirib ki, universitetlərin bölgələrə köçürülməsi həm böyük maliyyə resursları tələb edir, həm də uzunmüddətli planlaşdırma tələb edən prosesdir. "Eyni zamanda, mən hesab edirəm ki, universitetlərin köçürülməsindən öncə bölgələrdə universitetlərə qəbulun artırılması üzərində düşünmək və konkret addımlar atmaq daha vacibdir. Prosesin uğurla həyata keçirilməsi üçün bütün bu addımlar silsilə və düşünülmüş şəkildə planlaşdırılmalı, mərhələli formada reallaşdırılmalıdır".Bakıdakı universitetlərin mərkəzdə cəmləşməsi tıxaclara səbəb olur. Hər gün minlərlə tələbə və müəllim eyni vaxtlarda universitetlərə gəlir və gedir, bu da xüsusilə pik saatlarda əsas yolların yüklənməsinə, ictimai nəqliyyatın sıxlaşmasına və şəhərdaxili hərəkətin ləngiməsinə gətirib çıxarır. Universitetlərin bölgələrə köçürülməsi planı isə həm şəhər mərkəzində tıxacları azaltmaq, həm də təhsil infrastrukturunu regionlarda inkişaf etdirmək məqsədini daşıyır.Qeyd edək ki, Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti hesabatına əsasən, "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması planlaşdırılır. Məsələ hazırda strategiya layihəsində müzakirə mərhələsindədir və bölgələrdə universitetlərin tikintisi yalnız aidiyyəti təşkilatların əsaslandırılmış təklifləri təqdim etdikdə, Prezidentin 2024-cü il 20 dekabr tarixli 257 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət İnvestisiya Proqramı qaydalarına uyğun olaraq, büdcə imkanları çərçivəsində prioritet əsasda həyata keçiriləcək.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
87
demokrat.az

1Mənbələr