AZ

Yeni metrostansiyaların tikintisi üçün torpaq sahələri ayrılıb

Bakıda 24 metrostansiyanın tikintisi üçün torpaq sahələri ayrılıb.

Bu, Milli Məclisdə müzakirəyə çıxarılan “Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat”da əks olunub. Bildirilib ki, 24 stansiyanın, 3 elektrik deposunun, 16 havalandırma şaxtasının tikintisi üçün zəruri olan torpaq sahələri ayrılıb.

Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, hazırda 10 stansiya ilə bağlı işlər görülsə də, 24 stansiyanın hansı ərazilərdə tikiləcəyi ilə bağlı dəqiq məlumat mövcud deyil.

Onun sözlərinə görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində yeraltı infrasrtukturun da inkişafı əsas götürülüb.

Qeyd edək ki, metronun “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması işlərinin tikintisi üçün torpaq sahələri ayrılıb.

“İçərişəhər” stansiyasında keçid kamerasının tikintisi ilə bağlı aparılmış geoloji kəşfiyyat işlərinin hesabatına ekspertiza rəyi alınaraq yeraltı kommunikasiya xətlərinin köçürülməsi işlərinə başlanılıb.

Seçilən
31
2
banker.az

3Mənbələr