AZ

Tottenhem in 2 futbolçusu Liverpul a qarşı oynamayacaq

ain.az, Sportal.az portalına istinadən məlumat verir.

"Tottenhem" İngiltərə Premyer Liqasının 30-cu turunda səfərdə "Liverpul"un qonağı olacaq.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.

Müdafiəçi Kristian Romero ilə yarımmüdafiəçi Joau Palinya komandaya kömək edə bilməyəcək. Hər iki futbolçu UEFA Çempionlar Liqasının "Atletiko" ilə 1/8 final matçında (2:5) zədələnib.

Qeyd edək ki, "Liverpul" - "Tottenhem" qarşılaşması 15 mart tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
sportal.az

2Mənbələr