ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Donald Trampın əmri ilə İrana qarşı hərbi əməliyyat başlamazdan əvvəl qapalı müzakirələr zamanı bu addıma qarşı çıxdığı bildirilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Məlumata görə, Vens administrasiya daxilində İrana qarşı mümkün hərbi zərbələrə skeptik yanaşan şəxslərdən biri kimi xarakterizə olunub. O, həm əməliyyatın uğuru ilə bağlı narahatlıq keçirən, həm də ümumilikdə müharibə variantına qarşı çıxan siyasətçi kimi təqdim edilib.
Rəsmi şəxslərin sözlərinə görə, vitse-prezidentin əsas rolu müxtəlif mövqeləri və alternativ baxışları təqdim etmək olub. Bununla belə, qərar qəbul edildikdən sonra o, administrasiyanın mövqeyini tam şəkildə dəstəkləyib.
Donald Tramp da bu fərqli yanaşmanı etiraf edərək bildirib ki, Vensin mövqeyi müəyyən mənada fərqlidir. Onun sözlərinə görə, vitse-prezident məsələyə “fəlsəfi baxımdan bir qədər fərqli yanaşır və bəlkə də bu qərardan o qədər də ruhlanmayıb”.
Aliyə
NOCOMMENT.az