AZ

ABŞ təyyarəsinin İraqda qəzaya uğraması nəticəsində bütün heyət üzvləri öldü

ABŞ-nin "KC-135" yanacaq dolduran təyyarəsinin 6 heyət üzvünün hamısı İraq üzərində qəza nəticəsində ölüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.

"İraqın qərbində qəzaya uğrayan ABŞ-nin "KC-135" yanacaq dolduran təyyarəsinin 6 heyət üzvünün hamısı ölü hesab edilir", - bəyanatda qeyd edilib.

Təyyarə martın 12-də "Epik qəzəb" əməliyyatı çərçivəsində İraqın hava məkanından uçarkən qəzaya uğrayıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Eyni zamanda CENTCOM vurğulayıb ki, təyyarənin qəzaya uğramasına nə düşmən, nə də dost atəşi səbəb olub.

Həlak olan hərbi qulluqçuların şəxsiyyəti onların ən yaxın qohumlarına məlumat verildikdən sonra 24 saat keçənədək açıqlanmır./Report


Telegram kanalımız
Seçilən
18
13
yenisabah.az

10Mənbələr