ain.az, Idman.biz portalına istinadən məlumat verir.
“Serik Belediyespor”un keçmiş baş məşqçisi, rusiyalı mütəxəssis Sergey Yuran “Alanyaspor”un çalışdırıcısı vəzifəsinə namizəddir.
İdman.Biz bu barədə "RB Sport”a istinadən məlumat verir.
Hazırda Türkiyə Superliqasında 11-ci yerdə olan “Alanyaspor” rusiyalı məşqçi ilə danışıqlar aparır. Türkiyə Birinci Liqasındakı bir neçə klub da Yurana maraq göstərir.
“Spartak Moskva”nın və Rusiya millisinin keçmiş oyunçusu təklifi qəbul edib-etməyəcəyi ilə bağlı martın sonunda qərar verəcəyini deyib.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.