Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə bu gün saat 18:10-da Bakı-Qazax magistral yolunun Gəncə şəhərindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "Renault" və "Ford" markalı avtomobillərin toqquşması nəticəsində 1960-cı il təvəllüdlü Bəxtiyar Həsənov, 2001-ci il təvəllüdlü Lalə Məhərrəmova və 2025-ci il təvəllüdlü (bir yaşlı) Ramal Məhərrəmov xəsarət alıblar.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yaralılar dərhal Abbas Səhhət adına xəstəxananın Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunublar. Xəstələrə döş qəfəsinin əziyi, başın və dodağın çapılmış yaraları diaqnozu qoyulub.
Məlumata görə, vəziyyəti qənaətbəxş qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün artıq evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır./Oxu.az
Telegram kanalımız