AZ

Raniya Al-Maşat: Təhsil və sosial sahələrə yatırımlar qlobal inkişafı gücləndirir VİDEO

Bakı, 13 mart, AZƏRTAC

Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün ölkələr ilk növbədə öz milli prioritetlərini aydın şəkildə müəyyənləşdirməli və bu sahələrə yönələn siyasəti gücləndirməlidirlər.

AZƏRTAC xəbər verir ki, bunu XIII Qlobal Bakı Forumunda Misirin planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq sabiq naziri Raniya Al-Maşat “2030 Gündəliyinin sürətləndirilməsi: inklüziv artım və dayanıqlı bağlantı” mövzusunda paneldə deyib.

Raniya Al-Maşat bildirib ki, təhsil, səhiyyə, qadınların və uşaqların rifahı kimi sahələr yalnız milli prioritet deyil, həm də qlobal ictimai nemətlər hesab edilməlidir. Onun sözlərinə görə, hər hansı ölkənin bu sahələrə yatırdığı investisiya əslində qlobal inkişaf prosesinə töhfə verir.

R.Al-Maşat qeyd edib ki, 2015-ci ildə BMT tərəfindən elan edilən Dayanıqlı İnkişaf Məqsədləri ölkələri ortaq məqsədlər ətrafında birləşdirən mühüm platformadır. Bu məqsədlər yoxsulluğun və aclığın aradan qaldırılması, tərəfdaşlığın gücləndirilməsi kimi istiqamətləri əhatə edir.

Sabiq nazir vurğulayıb ki, inkişafın maliyyələşdirilməsi və investisiyaların cəlb edilməsi üçün makroiqtisadi sabitlik əsas şərtlərdən biridir. Bununla belə, o əlavə edib ki, sabitlik təkbaşına kifayət etmir və davamlı islahatlarla dəstəklənməlidir.

Onun sözlərinə görə, son illərdə COVID-19 pandemiyası, geosiyasi gərginliklər və müharibələr kimi qlobal böhranlar inkişaf prosesinə ciddi təsir göstərsə də, ölkələr əməkdaşlıq və islahatlar vasitəsilə bu çətinliklərin öhdəsindən gələ bilərlər.

Seçilən
11
3
azertag.az

4Mənbələr