AZ

Qvardiola 12 ci dəfə Premyer Liqada ayın məşqçisi seçilib

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola fevral ayında İngiltərə Premyer Liqasında ayın baş məşqçisi seçilib.

İdman.Biz xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Bununla da Qvardiola karyerası ərzində bu mükafatı 12-ci dəfə qazanıb. O, sözügedən mükafatı ən çox qazanan üçüncü mütəxəssis olub.

Qvardiola hazırda “Everton”a rəhbərlik edən Devid Moyesi (11 dəfə) keçib. “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson (27 dəfə) birinci yerdə qərarlaşıb. “Arsenal”da işləmiş Arsen Venger (15 dəfə) ikincidir.

Ötən ay Premyer Liqada 5 matç keçirən “Mançester Siti” 4 dəfə qalib gəlib, 1 dəfə heç-heçə edib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
icma.az

4Mənbələr