AZ

"Yanğından Bakıda 5,6 min, işğaldan azad olunmuş ərazilərdə isə 499 yanğın hadisəsi qeydə alınıb..."

Azərbaycanda 2025-ci ildə hər gün orta hesabla 53, ümumilikdə 19,5 min, o cümlədən Bakıda 5,6 min, işğaldan azad olunmuş ərazilərdə isə 499 yanğın hadisəsi qeydə alınıb.

Ekologiya.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd edilib.

Hesabata əsasən, ümumilikdə, yanğınların söndürülməsi zamanı 82 dövlət obyekti, 391 özəl obyekt, 351 çoxmənzilli bina, 534 fərdi ev, 471 yardımçı tikili, 612 ədəd müxtəlif təyinatı texnika mühafizə olunub.

53 nəfərin həyatı real təhlükədən xilas edilib. Baş verən yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 768 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Ötən il xilasetmə qrupları yol-nəqliyyat qəzası, silah-sursat aşkarlanması, mənzildə köməksiz vəziyyətdə qalma, liftdə qalma və s. xarakterli olmaqla 991 müxtəlif axtarış və qəza-xilas etmə işlərində iştirak ediblər.

Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 309-u azyaşlı olmaqla 1093 nəfər zərərçəkmiş xilas edilib.

Seçilən
12
3
ekologiya.az

4Mənbələr