AZ

Deputatdan Nobel Sülh Mükafatı ilə bağlı təklif

"Tez-tez belə ifadələr işlənir ki, sülh mükafatı Donald Trampa da verilə bilər. Dünyada belə bir təcrübə var: sülh mükafatını 200 nəfər işləyən böyük təşkilatlara və bir neçə adama veriblər. Niyə Cənubi Qafqazda 30 ildən artıq davam edən müharibə şəraitini sülhlə əvəz edən və bu istiqamətdə məhz təməlçi olaraq Azərbaycan lideri də o siyahıya düşməsin?!"

Musavat.com-un məlumatına görə, bu sözləri Milli Məclisin plenar iclasında deputat Səyyad Aran deyib.

8d78def7-a6c0-4b1d-9d66-c765837fb0f9_1200.jpg

O, fikirlərini belə əsaslandırıb:

"Axı, bu, bizim, Azərbaycanın təşəbbüsü ilə oldu. Bu müraciəti də ABŞ-nin başçısı qəbul edərək regionda belə bir sülh yaratdı. Qəzzada da. Rusiya-Ukrayna cəbhəsində də belə bir şey yoxdur. Dünyanın digər ölkələrində qanlı münaqişələr davam edir".

E.Paşasoy,
Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr