AZ

İranın keçici ali dini lideri

Newscenter.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-İsrailin Irana hücumunda Ali dini rəhbəri Ə. Xameneinin öldürülməsindən sonra dini liderin seçilməsi üçün ciddi fikir ayrılıqları yaranmışdır. Məhz ABŞ və İsrailə cavab vermək üçün oğul M. Xameneini SEPAH Ali dini rəhbərliyə getirdi. Qeyd edim ki, M. Xameneini Ekspertlər Şurası seçməyib. Ekspertlər şurasının bir neçə üzvü onun Ali dini rəhbər postuna hazır olmadığının qənaətindədilər. Məhz SEPAH M. Xameneini keçici bir lider gətirməklə böhrandan çıxış yolu kimi görüb.Qeyd edim ki, M. Xamenei yalnız atasi Ə. Xamenei olduğu üçün bu posta gətirilib. Onun dövlət işlərində işləmədiyi və əsasən ticarət sahəsində çalışdığı qeyd edilir. Yeni lider M. Xamenei Londonda mülklərinin olması, Qərblə kölgə ticarəti və onun İran cəmiyyəti üçün xarakterik baxımından güclü lider obrazının olmaması, İran siyasi elitasında dərin fikir ayrılıqlarına gətirib çıxarıb. İranda atəşkəs olarsa, rejim dəyişikliyi baş tutmasa, M. Xamenei liderlikdən uzaqlaşdırılacaq. Onun yerinə siyasi -dini elitanın tam qəbul etdiyi lider seçiləcək. M. Xamenei müharibə şəraitinin lideri olaraq keçici lider kimi də xalq qarşısına çıxmayıb.Məhəmməd Əsədullazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
newscenter.az

2Mənbələr