AZ

İrandan təxliyə olunan daha 39 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib VİDEO

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astara, 13 mart, AZƏRTAC

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti mərhələdə 39 Hindistan vətəndaşı sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.

Təxliyə olunan şəxslər sərhəd-buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurlardan keçdikdən sonra təhlükəsiz şəkildə ölkə ərazisinə buraxılıblar.

Qeyd edək ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan müxtəlif ölkələrin vətəndaşlarının təxliyəsi davam etdirilir.

Müxbir-İlkin Adıyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
1
azertag.az

1Mənbələr