AZ

İraq hava məkanında uçuş məhdudiyyətlərini uzatdı

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İraq ölkənin hava məkanının bütün gəliş, gediş və tranzit uçuşlar üçün bağlanma müddətini daha 72 saat uzadıb.

"Cebheinfo.az" xəbər verir ki, İraq Mülki Aviasiya Qurumundan verilən yazılı açıqlamada hava məkanının bütün gəliş, gediş və tranzit uçuşlara bağlı qalma müddətinin 3 gün daha uzadıldığı və tətbiqin 16 mart bazar ertəsi günü saat 12:00-a qədər davam edəcəyi bildirilib.

Qərarın ehtiyat və müvəqqəti tədbir olaraq qəbul edildiyi ifadə edilən açıqlamada, tətbiqin bölgədəki təhlükəsizlik vəziyyəti və yaşanan hadisələr fonunda mütəmadi olaraq qiymətləndirildiyi qeyd olunub.

Açıqlamada həmçinin regional hadisələr və təhlükəsizlik vəziyyətinə dair aparılacaq təhlillərə əsasən qərarın yenidən nəzərdən keçiriləcəyi vurğulanıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
1
cebheinfo.az

2Mənbələr