AZ

AYNA: Tarif dəyişikliyi yalnız nağdsız ödənişlə işləyən müasir avtobuslara aiddir...

Bakıda avtobuslarda tarif dəyişikliyi yalnız nağdsız ödəniş sisteminin tətbiq edildiyi və müasir standartlara cavab verən avtobusların istismar edildiyi marşrutlarda həyata keçirilir...

Poliqon xəbər verir ki, bu barədə "APA-Economics"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Bildirilib ki, müasir standartlar dedikdə elektrikli, sıxılmış təbii qazla (CNG) işləyən və 2025-ci il istehsalı olan dizel mühərrikli avtobuslar nəzərdə tutulur.

Bakıda bu qayda yalnız elektrikli və CNG texnologiyası ilə işləyən avtobuslara şamil edilir.

Qeyd edək ki, bu gün Bakı və paytaxtətrafı marşrut avtobuslarında yenilənmiş nağdsız gedişhaqqı tarifləri açıqlanıb. Yenilənmiş məlumatlara əsasən, bir sıra maşrut xətlərində elektrikli və CNG texnologiyası ilə işləyən avtobusların fəaliyyət göstərməyə başlaması ilə əlaqədar gediş haqları 50 qəpikdən 60 qəpiyə artırılıb.

Poliqon.info

Seçilən
29
7
poliqon.info

10Mənbələr