AZ

Qvardiola bunu bacaran 3-cü baş məşqçi oldu

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Mançester Siti"ni çalışdıran Pep Qvardiola ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

"Şəhərlilər" fevralda Premyer Liqada keçirdiyi 5 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib.

Pep Qvardiola İngiltərə çempionatında ən çox ayın məşqçisi seçilən 3-cü mütəxəssis olub. O, Devid Moyezi qabaqlayıb. Bu göstəricidə "Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Sir Aleks Ferqyuson (27) liderdir. Arsen Venger (15) isə 2-ci yerdədir.

saytlarin hazirlanmasi

Seçilən
30
3
sportal.az

6Mənbələr