Bakı.Trend:
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndə heyətiLondonda Beynəlxalq Dəniz Təşkilatının İnsan amili, hazırlıq vənövbə çəkmə üzrə alt komitəsinin 12-ci sessiyasında ölkəmizi təmsiledib.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən(RİNN) məlumat verilib.
Bildirilib ki, tədbirdə Agentliyin Gəmi heyəti departamentinindirektoru Səid Orucov və Təlim və sertifikatlaşma şöbəsinin aparıcımütəxəssisi Əhməd Lametov iştirak ediblər.
Beşgünlük sessiyanın əsas mövzusu “Dənizçilərin hazırlanmasına,onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) BeynəlxalqKonvensiyaya və onun məcəlləsinə edilmiş dəyişikliklərə həsrolunub.
Nümayəndə heyəti tədbirdə fəal iştirak edərək daha əvvəl təqdimolunan 3 təklifin əsaslandırılmasını həyata keçirib. Təkliflərdənbirinin gələcək sessiyalar çərçivəsində müzakirəsi barədə qərarqəbul edilib, digər iki təklifin isə işçi qrup tərəfindənmüzakirəyə çıxarılaraq DHDNÇ Beynəlxalq Konvensiyaya əlavə olunmasıməqsədəuyğun hesab edilib.
150-dən çox boşluğa dair 160-dan çox sənəd əsasında keçirilənsessiya mühüm müzakirələrlə yadda qalıb. Hazırlanan layihələrtəsdiq üçün Beynəlxalq Dəniz Təşkilatının bu ilin may ayındakeçiriləcək Dəniz Təhlükəsizliyi Komitəsinin 111-ci sessiyasınatəqdim ediləcək.
Həmçinin sessiya çərçivəsində rəqəmsallaşma və avtomatlaşdırmaproseslərinin sürətli inkişafı fonunda DHDNÇ BeynəlxalqKonvensiyasında mövcud kompetensiya standartlarının aktuallığınınyenidən qiymətləndirilməsi məsələsi müzakirə olunub.
Bildirilib ki, müasir naviqasiya və idarəetmə sistemləriningeniş rəqəmsallaşdırılması şəraitində dənizçilərdən yalnız texnikibilik və bacarıqlar deyil, habelə kiberrisklərinmüəyyənləşdirilməsi, qarşısının alınması və idarə olunması üzrəsəriştələr də tələb edilir.
Bu məqsədlə DHDNÇ Beynəlxalq Konvensiyasına kibertəhlükəsizliksahəsində müvafiq bilik, bacarıq və səriştələrə dair yenikompetensiya cədvəllərinin əlavə edilməsi təklif olunub.