ain.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın Moskva prospektində, 14 saylı notariatın qarşısında qaydaları pozan sürücülər hərəkəti əngəlləyib.
Avtosfer.az-a müraciət edən izləyici hadisəni videoya çəkərək redaksiyamıza göndərib. Kadrlardan aydın olur ki, taksi fəaliyyəti ilə məşğul olan “Chevrolet” markalı, 77-FZ-360 dövlət nömrə nişanlı “Toyota Prius” markalı, 99-GR-326 dövlət nömrə nişanlı “Azsamand” markalı, 77-PN-690 dövlət nömrə nişanlı “Opel” markalı və daha bir “Toyota” markalı avtomobillərin sürücüləri yolu bağlayıblar.
Şikayətçinin sözlərinə görə, avtomobillər cərgə ilə saxlandığı üçün görüntünü qeydə alan sürücü əsas yola çıxmaqda çətinlik çəkib: “Manatlıq taksilər bizi zara gətiriblər. Hər gün bu ərazidə saatlarla dayanırlar və qışqıraraq ağızlarına nə gəldi danışırlar”, - deyə sürücü bildirib. Eyni zamanda o, ərazidə hər gün eyni mənzərənin təkrarlandığını əlavə edib.
Faktla bağlı aidiyyəti qurumların nəzarət tədbirləri gözlənilir.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.