AZ

Rusiya Britaniya və Fransa səfirlərini XİN-ə çağırıb

Böyük Britaniya və Fransanın səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıblar.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfirlərin Rusiyanın Bryansk şəhərinə Ukraynanın raket zərbələri endirməsi səbəbi ilə çağrıldığı bildirilib.

Rusiya XİN Britaniya və Fransadan Ukrayna Silahlı Qüvvələrinin Bryanskdakı terror hücumunu pisləyən ictimai reaksiya vermələrini tələb edib.

Rusiya XİN-dən verilən açıqlamada qeyd olunub ki, Britaniya, Fransa mütəxəssisləri və Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsi olmadan Bryanska "Storm Shadow" raket zərbəsi endirilməsi mümkün olmazdı: "Əgər London və Paris Kiyev rejiminin müharibə cinayətlərində iştirak etməyə davam edərsə, bu Avropa paytaxtları silahlı münaqişənin dağıdıcı nəticələrinə və gərginliyin artmasına görə məsuliyyət daşıyacaqlar."

Qeyd edək ki, 10 mart axşamı Bryanska endirilən raket zərbəsi yeddi nəfərin ölümünə, 40-dan çox insanın yaralanmasına səbəb olub.

Seçilən
43
7
apa.az

8Mənbələr