ain.az, Redaktor.az saytına istinadən bildirir.
İranın Rusiyadakı səfiri Kazım Cəlali ABŞ və İsrail ilə münaqişə zamanı göstərilən dəstəyə görə Rusiyadakı müsəlmanlar da daxil olmaqla, dünyanın hər yerindəki bütün müsəlmanlara təşəkkür edib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat RİA Novosti agentliyinə istinadən yayımlanıb.
Cəlali Moskvadakı kafedral məscidində çıxış edərkən bildirib: “Biz Rusiya hökumətinə, eləcə də Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin rəhbəri müfti Ravil Qaynutdinə minnətdarıq”.
Diplomat əlavə edib ki, İranın əleyhdarları xalqı sındıra bilməz və Respublika qalib gələcək.
Aminə ŞAHSUVARQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.