AZ

Ən yüksək maaşı ONLAR ALIR - AZƏRBAYCANDA

Yazını böyüt
Yazını kiçilt

2026-cı il fevralın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1782,0 min nəfər olub.

Hafta.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. 

Bildirilib ki, həmin şəxslərdən 861,4 min nəfəri dövlət sektorunda, 920,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 

Bundan başqa, muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 13,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub. 

2026-cı ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artaraq 1103,8 manat təşkil edib.

Həmçinin ən aşağı əməkhaqqı kənd təsərrüfatı sahəsində 687,8 manat, ən yüksək əməkhaqqı isə mədənçıxarma sənaysində 3787,9 manat qeydə alınıb.

Seçilən
55
19
hafta.az

10Mənbələr