AZ

Uğursuz nəticə göstərən uşağa necə davranmalı? - Valideynlərə TÖVSİYƏ

Məktəbdə uğursuz nəticə göstərən uşaqlara valideynlərin reaksiyası onların motivasiyası və psixoloji vəziyyəti üçün böyük əhəmiyyət daşıyır.

 

Pravda.az bildirir ki, zəif qiymət və ya uğursuzluq uşağın bacarıqsız olduğu anlamına gəlmir və gələcək uğurlarını müəyyən etmir.

 

Ekspertlər valideynlərə uşaqları danlamaq və ya başqaları ilə müqayisə etmək əvəzinə, onları anlayışla dinləməyi və problemin səbəblərini birlikdə araşdırmağı tövsiyə edir. Dərs uğursuzluğunun səbəbi bəzən düzgün dərs vərdişlərinin olmaması, evdə uyğun şəraitin çatışmaması və ya emosional problemlər ola bilər.

 

Mütəxəssislər vurğulayır ki, uşaq ailəsi tərəfindən qəbul edildiyini hiss etməlidir. Əks halda, valideynlərinin yalnız uğuru qəbul etdiyini düşünən uşaqlar səhvlərini gizlətmək və ya yalan danışmaq kimi davranışlara meyl göstərə bilər. Buna görə də valideynlərin dəstəkləyici və motivasiyaedici münasibət göstərməsi vacib sayılır.

 

Əminə Bayramova

Tarix: 13 Mart 2026, 17:03   
Seçilən
50
pravda.az

1Mənbələr