AZ

Pezeşkian Tehranda yürüşdə - VİDEO

İran Prezidenti Məsud Pezeşkian bu gün Tehranda Qüds Günü ilə bağlı keçirilən yürüşdə iştirak edib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, M.Pezeşkian bu barədə instaqram hesabında görüntülər paylaşıb.

Görüntülərdə onun şəhər küçələrində sərbəst hərəkət etdiyi, vətəndaşlarla şəkil çəkdirdiyi əks olunub. 

İran mediasının məlumatın görə isə Tehranda mitinqin keçirildiyi yerin yaxınlığında güclü partlayış səsləri eşidilib, lakin iştirakçılar yürüşü davam etdiriblər. 

Xatırladaq ki, Qüds Günü hər il Ramazan ayının sonuncu cümə günü keçirilir. Tədbirin keçirilməsində məqsəd Fələstin xalqı ilə həmrəliyi nümayiş etdirməkdir.

"Cebheinfo.az"

Seçilən
56
3
cebheinfo.az

4Mənbələr