AZ

“Avropanın bu gün Azərbaycana daha çox ehtiyacı var” - Politoloq

"Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın Bakıya səfərinin çox həssas və mürəkkəb dönəmdə gerçəkləşməsi xüsusilə diqqət çəkəndir. Azərbaycanın hər iki qonşusunda şiddətli müharibə gedir, beynəlxalq təhlükəsizlik arxitekturası, enerji və ticarət zənciri ciddi şəkildə zədələnməyə məruz qalır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Əli Orucov bildirdi.

Onun sözlərinə görə, Cənubi Qafqaz uğrunda da Moskva-Vaşinqton-Brüssel arasında rəqabət şiddətlənir. Eyni zamanda Hörmüz boğazının bağlanması, İrana hərbi müdaxilənin yaratdığı fəsadlar dünya iqtisadiyyatına zəlzələ effekti verməkdədir:

"Qərb institutlarının Bakıya qarşı sərgilədiyi qərəzli və ikili standart siyasəti nəticəsində münasibətlərdə geriləmələr müşahidə edilməkdədir. Halbuki Azərbaycanın Avropanın enerji və nəqliyyat şaxələndirilməsində mühüm roluna baxmayaraq ayrıseçkiliyə məruz qalır, qarşılıqlı cavabını almır. Azərbaycan Avropanın 12-dən çox ölkəsinə enerji ixrac edir. Onların bir çoxu ilə tərəfdaş statusundadır. İran müharibəsi göstərdi ki, qısa müddət ərzində hətta ən inkişaf etmiş Qərb iqtisadiyyatı sarsıntı keçirə bilər. Bu səfərin Avropa ilə Azərbaycan əlaqələrinin inkişafına töhvə verəcəyi şübhəsizdir. İndi Avropanın Azərbaycana daha çox ehtiyacı yaranıb. Birgə bəyanatda da tərəflər bundan sonra əlaqələrin inkişaf etdirilməsinə, regionda dayanıqlı sülhün əldə edilməsinə maraqlı olduğunu bir daha vurğuladılar. Nəzərə alsaq ki, Rusiya da son dövrlər regionda fəallaşıb, düşünürəm ki, Aİ Şurası prezidentinin Bakıdakı təmasları faydalı və səmərəli oldu".

Nuriyyə NATİQQIZI

Seçilən
28
1
redaktor.az

2Mənbələr