Hörmüz boğazının bağlanması Yaxın Şərqin qlobal ehtiyacının 40 faizini təmin etdiyi heliumun spot qiymətlərinin ikiqat bahalaşmasına səbəb olub.
Far.Az xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyi məlumat yayıb.
Qeyd edilib ki, bu, nisbətən nadir qazdır və istehsalı yalnız bir neçə ölkədə cəmləşib.
Məlumatlara görə, Qətər 2025-ci ildə 63 milyon kubmetr helium istehsal edib və bu göstəriciyə görə ABŞ-dən sonra 81 milyon kubmetr helium hasil edib, Rusiya isə 18 milyon kubmetrlə ilk üçlüyü tamamlayıb.
Helium özü tibbi avadanlıqlar və raket istehsalı kimi sahələrdə istifadə olunur və qaz yarımkeçirici istehsalı üçün də vacibdir.
Buna görə də, onun çatışmazlığı süni intellekt sənayesinə ciddi təsir göstərə bilər.
Cənubi Koreyada süni intellekt bazarı son zamanlar 50 faiz böyüyüb.
İran ətrafında vəziyyətin gərginləşməsi səhm qiymətlərinin düşməsinə və mikroçiplərlə bağlı narahatlıqlara səbəb olub.
Mikroçiplərin əhəmiyyətli bir hissəsi Uzaq Şərq ölkəsində istehsal olunur.