AZ

İqtisadiyyat naziri UNCTAD baş katibi ilə beynəlxalq ticarət əlaqələrinin mövcud vəziyyətini dəyərləndirib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 13 mart, AZƏRTAC

XIII Qlobal Bakı Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə qlobal iqtisadi proseslər, beynəlxalq ticarət əlaqələrinin mövcud vəziyyəti və qlobal biznes mühitində müşahidə olunan əsas tendensiyalar barədə fikir mübadiləsi aparılıb. Dünya iqtisadiyyatında baş verən dəyişikliklərin regional iqtisadi inkişaf perspektivlərinə təsiri, həmçinin beynəlxalq ticarətin davamlı inkişafı üçün yeni əməkdaşlıq mexanizmlərinin əhəmiyyəti vurğulanıb.

Müzakirələr zamanı ölkə iqtisadiyyatının şaxələndirilməsi, rəqəmsal ticarət sahəsində potensialın artırılması və innovasiyayönümlü inkişafın təşviqi istiqamətində həyata keçirilən təşəbbüslər diqqətə çatdırılıb.

Tərəflər təcrübə mübadiləsi, potensialın gücləndirilməsi proqramları və innovasiya ekosisteminin dəstəklənməsi üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
6
azertag.az

7Mənbələr