AZ

3x3 basketbol millisi Çempionlar Kubokunda ilk qələbəsini qazanıb

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda növbəti oyununa çıxıb.

Hafta.az xəbər verir ki, B qrupunda yer alan yığma ev sahibi komanda ilə qarşılaşıb.

Görüş millimizin 21:8 hesablı qələbəsi ilə bitib. Komanda turnirin ilk oyununda Kanadaya uduzub - 10:16.

Yığma qrupdakı son matçını martın 14-də İspaniyaya qarşı keçirəcək.

Qeyd edək ki, turnirin qalibi Olimpiya Təsnifat turnirinə lisenziya qazanacaq.

Seçilən
19
3
hafta.az

4Mənbələr