Mingəçevir Dövlət Universitetinin bütün əməkdaşlarına Novruz və Ramazan bayramları münasibətilə pul mükafatı ayrılıb.
Day.Az Yeni Sabah-a istinadən xəbər verir ki, bu barədə universitetinin rektoru Anar Eminov əmr verib.
Əmrə əsasən, təhsil müəssisəsinin bütün əməkdaşları 500 manat mükafat alacaqlar.