AZ

Deputat tıxaca çarə tapdı: Piyadalar yolu 8 10 nəfər toplaşdıqdan sonra keçməlidirlər FOTO

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Şəhərdə tıxac probleminin aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirilsə də, məsələ tam həllini tapmayıb".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev Parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

"Vətəndaşların yolu keçmək qaydalarında müəyyən düzəlişin tətbiqi əhəmiyyətli ola bilər. Yolu keçən hər bir adama görə maşının saxlanılması xeyli vaxt alır və tıxaca səbəb olur. Yaxşı olar ki, hər kəs üçün yol bağlanmasın - 8-10 nəfər insan yol kənarında toplaşdıqdan sonra keçidə icazə verilsin. Bu həm yol mədəniyyətidir, həm də sürücülərin rahatlığı, tıxacların müəyyən qaydada aradan qaldırılması üçün vacibdir", - deyə deputat təklif edib.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
2
oxu.az

3Mənbələr