AZ

Kürdəmirdə partiyanın fəal üzvü Şəhla Baxışovanın yubileyi münasibətilə görüş keçirilib

Martın 13-də Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatında partiyanın fəal üzvlərindən olan Şəhla Şamil qızı Baxışovanın 65 illik yubileyi münasibətilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı  təbrik edərək ona  möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.

Görüşün sonunda partiya veteranı Şəhla Baxışovaya partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirakına görə və 65 illik yubileyi münasibətilə Fəxri Fərman, gül buketi və xatirə hədiyyəsi təqdim edilmişdir.         

Sonda çıxış edən partiya veteranı Şəhla Baxışova göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə təşəkkürünü bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.

Seçilən
4
3
ikisahil.az

6Mənbələr