AZ

Qarabağda mina partlayışı baş verib, bir nəfər həyatını itirib (Yenilənib)

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Füzuli rayonunda mina hadisəsi baş verib. 

Reyting.az xəbər verir ki, hadisə işğaldan azad edilmiş Aşağı Veysəlli kəndində qeydə alınıb.

Nəticədə atla texnika əleyhinə minaya düşən çoban, Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu həyatını itirib.

Hadisə yerinə cəlb edilmiş ANAMA mütəxəssisləri mərhumun meyitini götürərək aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

***

İşğalda azad edilmiş Xocavənd rayonunun Aşağı Veysəlli kəndi (Əvvəl Füzuli rayonu ərazisi olub-red.) ərazisində 2026-cı il 12 mart tarixində mina hadisəsi baş verib.

Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin yaydığı birgə məlumatda deyilir.

Hadisə nəticəsində 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Hacıyev Ramiz Maşallah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən atla tank əleyhinə minaya düşərək həlak olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
12
reyting.az

10Mənbələr