İranın idman naziri Əhməd Donyamali bildirib ki, ölkə 2026-cı il dünya çempionatında milli komandanın oyunlarının Meksikaya keçirilməsi ilə bağlı danışıqlar aparıb.
Publika.az xəbər verir ki, o, bu barədə dövlət televiziyasına açıqlamasında bildirib.
"İranın Meksikadakı səfiri danışıqlar aparırdı ki, əgər Meksika İranın iştirakı ilə oyunlara ev sahibliyi etməyə razı olsa, biz Dünya Kubokuna gedə bilərik. Amma bu ehtimal çətin görünür", - deyə o qeyd edib.
Daha əvvəl verdiyi açıqlamada isə Donyamali milli komandanın turnirdə iştirak edə bilməyəcəyini bildirmişdi.
Püşkatmanın nəticəsinə görə, İran G qrupunda Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə mübarizə aparacaq. Qrup mərhələsinin hər üç oyununun ABŞ ərazisində keçirilməsi planlaşdırılır.